Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq – İranın neft naziri

Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq – İranın neft naziri
  • DÜNYA

ABŞ-ın sanksiyaları altında olan İran OPEC+ formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.


"Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçün Vyanaya gedən İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.

"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq”, – deyə o bildirib.

Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşı təzyiq üçün səbəb ola bilər.

"Əgər onlar [ABŞ] OPEC vasitəsi ilə İrana təzyiq göstərmək istəyirlərsə, bu, qeyri-peşəkar davranışdır və deməliyəm ki, OPEC ABŞ-ın Energetika Nazirliyinin bir hissəsi deyil ki, Birləşmiş Ştatlardan da nə etməli olduğu barədə təlimat alsın”, – deyə o bildirib.

Monitorinq Komitəsinin Vyanada keçirilən iclasında alyans üzvlərinə 2019-cu ilin birinci yarısında hasilatı azaltmaq tövsiyə olunub. Burada söhbət hasilatın sutkada təqribən 1 milyon barel azaldılmasından gedir. Cümə axşamı OPEC, cümə günü isə qeyri-OPEC ölkələri bu təklifi nəzərdən keçirəcək.

 
Aktual.az
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR