Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır - Səfir

Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır - Səfir

"Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır". 
 
Aktual.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.
 
"İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər və 3+3 regional təşəbbüsü vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır",- səfir bildirib. 
 
Bildirilir ki, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı məsələlərdə İranın prinsipial mövqeyini müzakirə ediblər.


Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR