Avtomobillərin ehtiyat hissələri Azərbaycanda təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib.
Aktual.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bununla bağlı “Təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların Siyahısı”nda dəyişiklik edib.
Nəticədə, təhlükəsizliyi təmin olunmalı məhsulların sayı 93-ə çatıb.