Təbii qazla təmin olunan abonentlərin sayı açıqlandı

Təbii qazla təmin olunan abonentlərin sayı açıqlandı

Bu ilin 11 ayı ərzində Bakı şəhərinin rayonlarında, eləcədə ölkənin regionlarında qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və qaz kəmərlərinin yenidən qurulması məqsədilə 7776,5 km yeni boru xətti çəkilib, 246,5 km boru xətti isə əsaslı təmir olunub.

Aktual.az xəbər verir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

2016-cı yanvar-noyabr ayları ərzində Birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 358 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə 12 356 mənzili əhatə edir.

İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirib. Cari ilin yanvar-noyabr ayları ərzində İB-də əhali sektoru üzrə 147 814 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 34 586-sı Bakı, Abşeron və Sumqayıt, 113 228-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan əhali abonentlərin sayı 1 980 526-ya çatıb.

Qeyd olunan dövr ərzində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali qrup istehlakçılarına 2 458 000 431 kubmetr həcmində təbii qaz verilib. Bunun 1 183 224 102 kubmetri Bakı şəhərinin, 1 274 776 334 kubmetri isə digər rayonların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əhali abonentlərinə 197 381 313 kubmetr artıq təbii qaz verilib.

Eyni zamanda Birlik tərəfindən yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

11 ay ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 107 846 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub. İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

"Azəriqaz" İB-nin fəaliyyəti dövründə, yəni 2009-2016-cı illər ərzində aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 46643,7 kilometr uzunluğunda yeni qaz kəmrləri quraşdırılmış, 8847,9 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1346 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmişdir. Ümumilikdə respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 980 mini ötüb.

Respublikanın qaz təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə qaz şəbəkəsinin yenidənqurulması, istehlakçıların qaz təchizatının bərpası ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış sahələrinin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi "Azəriqaz" İstehsalat Birliyinin başlıca vəzifələrindən biri olmuşdur və bu istiqamətdə işlərin icrası davam etdirilir.
 
Aktual.az 
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR