Tarixin ən bahalı transferləri - Neymar, Mbappe, Feliks...

Tarixin ən bahalı transferləri - Neymar, Mbappe, Feliks...
  • İDMAN

Kişi futbolçular üzrə bütün zamanların ən bahalı transferlərinin siyahısı açıqlanıb.
Aktual.az Qol.az-a istinadən xəbər verir ki, sıralamaya PSJ-nin futbolçusu Neymar liderlik edir. O, 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan Fransa təmsilçisinə keçib.
2-ci yerdə PSJ-nin digər üzvü Kilian Mbappedir. O, 2017-ci ildə 145 milyon avroya "Monako"dan PSJ-yə gəlib. "Atletiko"dan Joao Feliks isə 3-cüdür. Futbolçu 2019-cu ildə 126 milyon avroya "Benfika"dan Madrid klubuna keçib.
Dünyanın ən bahalı transferləri:
1. Neymar - "Barselona"dan PSJ-yə (2017) - 222 milyon avro
2. Kilian Mbappe - "Monako"dan PSJ-yə (2017) - 145 milyon avro
3. Joao Feliks - "Benfika"dan "Atletiko"ya (2019) - 126 milyon avro
4. Enzo Fernandeş - "Benfika"dan "Çelsi"yə (2023) - 121 milyon avro
5. Felipe Koutinyo - "Liverpul"dan "Barselona"ya (2018) - 120 milyon avro
6. Antuan Qrizmann - "Atletiko"dan "Barselona"ya (2019) - 120 milyon avro
7. Cek Qriliş - "Aston Villa"dan "Mnaçester Siti"yə (2021) - 117 milyon avro
8. Romelu Lukaku - "İnter"dən "Çelsi"yə (2021) - 115 milyon avro
9. Usman Dembele - "Borussiya" Dortmunddan "Barselona"ya (2017) - 105 milyon avro
10. Pol Poqba - "Yuventus"dan "Mançester Yunayted"ə (2016) - 105 milyon avro.
 


Xəbər 192 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR