TAP Azərbaycanı gücləndirəcək – Dövlət Departamenti

TAP Azərbaycanı gücləndirəcək   – Dövlət Departamenti

ABŞ Trans Adratik qaz boru kəmərinin (TAP) inşasına başlanılmasını alqışlayır.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu brifinq zamanı ABŞ dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Daha əvvəl də bəyan etdiyimiz kimi biz, enerji təhlükəsizliyini gücləndirəcək və regionda sabitlik, əmin-amanlığa imkan verəcək enerji resurslarının Avropa qitəsinə tədarükünün şaxələndirilməsi ideyasına sadiqik”, - deyə Kirbi vurğulayıb.

Kirbi əlavə edib ki, ABŞ Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya iqtisadiyyatlarını möhkəmləndirəcək bu layihənin reallaşdırılmasını izləməyi davam etdirəcək.

Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR