Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəldi

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəldi

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Aktual.az-a bildirilib ki, yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
Xəbər 686 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR