Tanınmış təşkilatçını kim döydürdü - DİN-dən AÇIQLAMA

Tanınmış təşkilatçını kim döydürdü - DİN-dən AÇIQLAMA

Tanınmış təşkilatçı Samir Xəttabın (Vəliyevin) döyülməsiylə bağlı xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib.

Aktual.az  xəbər verir ki, Zahidov ölkə.az-a açıqlamasında bildirib ki, əgər Vəliyev, həqiqətən də, "102" xidmətinə zəng edibsə, məsələ araşdırılacaq:

"Ora daxil olan bütün şikayətlər operativ formada araşdırılır və müvafiq tədbir görülür".

Xatırladaq ki, təşkilatçı sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, ötən gecə saat 23:00 radələrində polis tərəfindən döyülüb. Onun iddiasına görə, Nizami rayonu 23-cü polis bölməsinin əməliyyat müvəkkili Quliyev Fərman Məhərrəm oğlu işlə bağlı Samir Xəttaba 5200 AZN məbləğində borclu olub. "Borcla bağlı 3 gündür ki, sabah deyə-deyə borcu qaytarmır. Dünən gecə saatlarında onunla Yasamal rayonu "Qələbə" dairəsində görüşə bildik. Fərman Quliyev görüşə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı "Maqa" deyə çağırdığı bir şəxslə gəlmişdi. Fərman söhbət zamanı məni təhqir etdi. Onlar mənə qarşı zor tətbiq edərək, barmağımı sındırdılar. Başımdan, bədənimdən ağır zərbələr vurdular. Özümü Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırdım. Həkimlər ilkin tibbi yardım etdilər və evə göndərdilər. Hazırda evdə ağır vəziyyətdəyəm".
 
Aktual.az 
Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR