Tanınmış tarixçi alim, professor İradə Hüseynovanın kitablarının təqdimatı olub – FOTO

Tanınmış tarixçi alim, professor İradə Hüseynovanın kitablarının təqdimatı olub – FOTO

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi”, "Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi” və "Azərkitabın” təşkilatçılığı ilə Azərkitab kitab evində Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” ka­fed­ra­sının müdiri, tarix elmləri doktoru, pro­fessor, Azər­bay­can Res­pub­likasının Əməkdar müəllimi, YAP Siyasi Şu­ra­sının üzvü,Elm, təhsil və innovasiyaların in­ki­şafında xidmətlərinə görə Beynəlxalq "Sok­rat” mükafat ılaureatı,Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüvə həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatılaureatı, Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və Təhsilinə göstərdiyi xidmətlərə görə "Elm və sülh səfiri” Beynəlxalq titulu,mükafatı laureatı və Dünya Elminə göstərdiyi xidmətlərinə görə "Avropa Xidmət Ordeni” ilə təltif edilən İradə Meh­ti­qu­lu qızı Hü­sey­novanın kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə "Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu Bağırova açaraq, dedi ki, bu gün ki, tədbir tanınmış elm və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor İradə Hüseynovanın yaradıcılığına həsr edilmişdir.

- O, vurğuladı ki, İradə Hüseynova Əliyevşünas və qafqazşünas alim kimi 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan "Dövlətçilik naminə” (Bakı, 2001, 286s.), "Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003, 502 s.), "Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004, 472 s.), "Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005, 503 c.), "Tarix.Zaman.Düşüncələr”. I cild. (Bakı 2016, 512 s.) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - "Qafqaz xalqlarının tarixi” (Bakı, 2006, 603 s.); "Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008, 670 s.) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq "Историческая энциклопедия Кавказа” (Bakı, 2010, 956 c.) adlı ensiklopedik nəşrin müəllifidir.

Eyni zamanda Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının, tədris proqramlarının, Qafqaz xalqlarının tarixinə dair dərs vəsaitlərinin, və son ildəişıq üzü görən, 1248 səhifədən ibarət fundamental dərslik –monoqrafiyanın və digər samballı tədqiqatların müəllifidir.

Ayrı-ayrı illərdə professor İradə Hüseynovanın tədqiqat əsərlərinə dəfələrlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüququ verilib və alimin əsərləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən mühüm elmi nəticə kimi illik hesabatlara daxil edilib.

Obildirdi ki, professor İradə Hüseynovanın monoqrafiyaları və dərslikləri respublikamızın bir çox universitetlərində, həmçinin xarici ölkələrin – Almaniya, İngiltərə, Rusiya, Gürcüstan, Belorusiya, Qırğızızstan, Qazaxstan ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas mənbə olmuşdur.

-Tanınmış Əliyevşünas vəQafqazşünas alim, professor İradə Hüseynova öz elmi yaradıcılığı ilə mərasim iştirakçılarını tanış etdi. Və o, bildirdi ki, görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir və bunu Heydər Əliyevin sağlığında onun xeyr-duası ilə etmişdir. Professor İradə HüseynovanınHeydər Əliyev haqqında doktorluq dissertasiyasının və onun dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin qiymətli mənbə bazasını Heydər Əliyevin şəxsi arxivi təşkil etmişdir ki, İradə Hüseynova ilk dəfə olaraq, bu tarixi əhəmiyyət kəsb edən məlumatları öz tədqiqatlarında elmi dövriyyəyə daxil etmişdir.

-Mən şərəf duyuram ki, bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur.

Eyni zamanda o qeyd etdi ki, Qafqazşünaslıqla bağlı bir çox tədqiqatlar aparmış, monoqrafiya və dərsliklər yazmışdır. O cümlədən "Qafqazın tarixi ensiklopediyası” dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərimişdir. Bu əsərlər dünya elmi ictimaiyyətində böyük maraq doğurduğuna görə onların yenidən əldə edilməsi üçün ABŞ, Rusiya, Yaponiya, Tayvan, Kanada, Misir, eləcə də Avropa və digər ölkələrdən yeni sifarişlər gəlmişdir. Düşünürəm ki, kitab öz oxucusuna çatmalıdır. Ümidvaram ki, təqdimatını etdiyim bu kitablar hər zaman insanın dünya görüşünü genişləndirən, mənəviyyatını zənginləşdirən qiymətli bir mənbə rolunu oynayacaqdır.

Bu gün ki, təqdimat mərasimi mənim üçün də bir hesabat, keçilən həyat yoluna bir nəzərdir. Bu gün hər birimiz gücümüz çatacaq qədər, elmimizə, təhsilimizə, vətənimizə, xalqımıza, dövlətimizə, onun daha da güclənməsinə, inkişaf etməsinə tövhəmizi verməliyik. Hər bir Azərbaycan vətəndaşı tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq, özünə sual verməlidir o, Azərbaycan dövlətinin müstəqil inkişafı üçün nə edir ki, onun ölkəsi daha da güclü, qüdrətli olsun və biz ölkə başçısı İlham Əliyev ətrafında daha da sıx birləşməliyik, ona hər zaman çoxşahəli fəaliyyətində dəstəyimizi əsigəməməliyik, dövlətimizin və xalqımızın rifahı yolunda yorulmadan, əzmlə çalışmalıyıq.

 

-AMEA-nın həqiqi üzvü, AMEA-nın ictimai elmlər bölməsinin akademik- katibi professor Nərgiz Axundova cıxış edərək, bildirdi ki, tanınmış ictimai-siyasi və elm xadimi, müxtəlif vaxtlarda məsul dövlət vəzifələrində çalışan tarix elmləri doktoru, professor İradə Hüseynova Əliyevşünaslığın, qafqazşünaslığın inkişafında xüsusi xidmətləri olan görkəmli alimdir və bu sahədə də gözəl elmi məktəb yaratmışdır. Onun gənc kadrların hazırlanmasında böyük xidmətləri var. Professor İradə Hüseynovanın elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat işləri aparmış, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə etmişdir, bu proses bu gün də əzmlə davam etdirilir. Əliyevşünaslıq məktəbi professor İradə Hüseynovanın yaratdığı dəyərli əsərlərlə, yeni-yeni tədqiqatlarla, fundamental araşdırmalarla, hazırladığı kadrlarla bu gün də zənginləşir və Azərbaycan dövlətçiliyinə xidmət edir.

 

-AMEA Qafqazşünaslıq İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək bildirdi ki,

Görkəmli alim, dəyərli ziyalı, milli təəssübkeşlik, milli dövlətçilik prinsiplərini hər zaman uca tutan İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda uğurla təmsil etmiş, orada geniş elmi məruzələrlə çıxışlar etmişdir. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub. Alimin fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir.

-Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycanın xalq yazıçısı Anar

Hər bir insan biliklə, elmlə ucalır. Dahi sairimiz böyük Nizami deyirdi: "Qüvvət elmdədir, basqa cür heç kəs, heç kəsəüstünlük eyləyə bilməz.Hər uca rütbədən biliniz, fəqət, alimin rütbəsi ucadər əlbət”.Yüksək humanist ideallarına xidmət edən, həyatını cəmiyyət və insanlar üçün gərəkli fəaliyyətlərə yönəldən səxs, deməli, mənalı həyat yasamış, ömrünüəbəs yerəsərf etməmişdir. Belə dəyərli insanlardan biri tanınmış elm, ictimai və dövlət xadimi, professor İradə Hüseynovadır. İradə Hüseynova Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür. O, öz yaratdığı əsərləri ilə xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərini yaşadan tarix elmini, təhsilini, mədəniyyətini inkişaf etdirən gözəl ziyalı xanım,istedadlı yazardır. Mən onun yaradıcılığına bələd olanbir şəxs kimi deyə bilərəm ki, onun elmi axtarışları, yanaşması, yazıları, tədqiqatları çoxşaxəlidir. Mən İradə xanıma yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

-Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxış edərək bildirdi ki, belə tədbirlərin keçirilməsi çox vacibdir və əlamətdardır. Xüsusi ilə kitablara marağı, diqqəti artırmaq üçün professor İradə xanım Hüseynova kimi tanınmış alimlərin, ziyalıların yaradıcılığına müraciət etmək, onlarla görüş keçirmək böyük əhəmiyyət kəsb edir. İnsanlar nə qədər çox dəyərli, məzmunlu kitablara, elmi araşdırmalara müraciət edərlərsə bir o qədər cəmiyyətimizin intelektual səviyyəsi yüksək olar. Təbii sərvətdəndə üstün intelekt sərvətidir. Hər bir dövlətin, cəmiyyətin gücü onun intelektual potensialı ilə şərtlənir. Bu mənada dəyərli dərsliklərin, elmi tədqiqat əsələrinin,monoqrafiyaların işıq üzü görməsi təqdirə layiqdir. Mən bizim dəyərli ziyalımız, dövlətçiyimizə, elmimizə sədaqətlə xidmət edən İradə xanıma gələcək yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edirəm.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası"Siyasi Araşdırmalar İnstitutu"nun direktoru millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək, bildirdi ki, İradə xanım elə müəllimlərdəndir ki, o öz yüksək intelekti, təəsübkeşliyi ilə hər bir dərs dediyi tələbənin həyatında dərin izlər qoyur, əlçatmaz ali bir zirvə, müqəddəs varlıq kimi yaddaşlarda həkk olur. Eyni zamanda İradə xanım yüksək mənəvi, insani keyfiyyətlərə malik olan bir insandır. Hansı vəzifədə olur olsun o, heç vaxt öz dəyərlərini, alicənablığını, prinsiplərini dəyişməyib. Sözün əsl mənasında əqidə saflığı yaşayan alim, bizim hər birimiz üçün örnək olan bir şəxsiyyətdir.

Millət vəkili,YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxış edərək bildirdi ki, Mən İradə xanımı 1980-ci ildən, tələbə dövründən tanıyıram. O, hər zaman öz fəal mövqeyi ilə sayılıb seçilən tələbələrdən olmuşdur. O, universitetin Tələbə Həmkarlar Təşkilatında işləmiş, gənc yaşından Respublika və İttifaq səviyyəli forum və qurultaylarının nümayəndəsi olmuş, Azərbaycanı hər zaman müxtəlif beynəlxalq ali kürsülərdən təmsil etmişdir. Hər birimizin xatirindədir onun Heydər Əliyevlə görüşü, Respublika sarayında Heydər Əliyev qarşısında çıxışı. İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin xeyr-duası ilə irəliləyən gənclərdən biri olmuşdur, hələ sovet dövründən Heydər Əliyevin seçdiyi kadr kimi inkişaf etmişdir, nailiyyətlər qazanmışdır. Sonradan da İradə Hüseynova Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini təyin edilmişdir. Elmimizin, təhsilimzin inkişafında bu dəyərli xanımın fəaliyyəti danılmazdır və bu gün ki, İradə Hüseynovaya həsr olunmuş tədbir bunun əyani sübutudur. İradə Hüseynova gözəl, səmimi dost, etibarlı insan, siyasi həmfikrimdir, əqidə yoldaşımdır. Hər zaman Var olun İradə xanım!

-Daha sonra AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri doktoru, professor Nurulla Əliyev, Texniki Universitetin kafedra müdiri,tarix elmləri doktoru, professor Şikar Qasımov, AMEA Tarix İnstitutu "Azərbaycanın müasir ‎tarixi" şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev ‎çıxışlarında tarix elmində professor İradə Hüseynovanın müstəsna əhəmiyyətini vurğuladılar.Onun əsərlərinin Azərbaycan tarixinin, bütövlükdə Qafqaz tarixinin, mədəniyyətinin, siyasi baxışlarının, milli-mənəvi dəyərlərinin, müasir geosiyasətinin, dövlətlərarası münasibətlərinin və s. öyrənilməsindəqiymətli mənbə olduğunu göstərdilər. Bu sahədə də professor İradə Hüseynova Elmi məktəb yaratmışdır. Onun elmi kadrlarının hazırlanmasında da çox böyük, müstəsna xidmətləri vardır.

-Professor İradə Hüseynovanın elmi rəhbəri olduğu doktorantların adından Yeganə Baxşıyeva, Əzim Heydərov, Afaq Həsənova, dosent Aynur Hüseynova, Ülkər Məmmədzadə və başqaları çıxış edərək, qeyd etdilər ki, professor İradə Hüseynova elmi rəhbər olaraq, istedadlı gənclərə hər zaman yol açır, onlara hər cür şərait yaradır, arxalarında durur, doğmalıq nəvazişi ilə yanaşır və sözün əsl mənasında elmin qapılarını açır. Çıxış edənlər vurğuladılar ki, İradə xanım istedadlı gənc alimlərdən ibarətgözəl bir elmi məktəb yaratmağa müvəffəq olmuşdur.

 

Mərasim iştirakçıları yekdil olaraq, dəyərli ziyalı, tanınmış elm və ictimai-xadim tarix elmləri doktoru, professor İradə Hüseynovaya dərin minnətdarlıqlarını bildirdilər. Təqdimat mərasimində iştirak edən qonaqlara İradə Hüseynova müəllifi olduğu kitablarını öz imzası ilə hədiyyə etdi.Tədbirin sonunda professor İradə Hüseynovanın tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.













 

 

 

 

 

Xəbər 1039 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR