Taekvondoçumuz bürünc medal qazandı

Taekvondoçumuz bürünc medal qazandı
  • İDMAN

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. 

Aktual.az  xəbər verir ki, Patimat Abakarova təsəlliverici görüşlərdə mübarizə aparıb. Bürünc medal uğrunda mübarizə aparan Abakarovanın ilk rəqibi çinli Jinqyu Vu olub. İkiqat olimpiya çempionu ilə görüş olduqca gərgin keçib. Sona yaxın rəqibin başına zərbə endirən idmançımız 4:3 hesablı qələbə ilə mübarizədən ayrılıb.

Patimatın bürünc medal uğrundakı son rəqibi isə fransalı Yasmine Azeize olub. Abakarova yekunda möhtəşəm qələbə ilə bürünc medal qazanıb - 7:2. Bu Azərbaycan tarixində taekvondoda qazanılan ilk olimpiya medalı olub.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR