Taekvondoçularımız 2 günə 22 medal qazanıblar

Taekvondoçularımız 2 günə 22 medal qazanıblar
  • İDMAN

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk 2 günü Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalıblar.
 
Ölkəmizi təmsil edən klubların üzvləri hələlik 22 medal qazanıblar. Belə ki, çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən Fərid Sultan (51 kq, Lənkəran TİM), Orxan Tağızadə (+78 kq, "Gilan” TK), Mehriban Məmmədova (46 kq, 2 saylı "Gömrükçü” İK), Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq, hamısı "Gilan” İK) rəqiblərinə şans vermyərək, qızıl medala sahib olublar.
 
Digər 7 idmançımız - Xanoğlan Kərimov (45 kq, 2 saylı "Gömrükçü” İK, Sumqayıt), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Həsən İbrahimov (73 kq), Mivari Qənbərli (42 kq, hamısı "Gilan” TK), Riyad Şirəliyev (37 kq, "Qafqaz” TK) və İlkin Fərzəlizadə (57 kq, "Gilan” İK) yarımfinala kimi inamla irəliləsə də, finala gedən yolda məğlubiyyətə üzülüb.
 
Mübarizəyə qoşulan daha 9 təmsilçimiz, Məhəmməd Əlizadə (48 kq), Ayaz Qənbərli (48 kq), Nərgiz Mirzəyeva (46 kq), Nərmin Süleymanova (52 kq, hamısı "Gilan” TK), Sevda Pirseyidova (44 kq, "Savalan” TK), Elsevər İsmayılzadə (+65 kq), Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq, hər üçü "Gilan” İK) və İlkin Dünyamalıyev (45 kq, 2 saylı "Gömrükçü” İK) yarışı bürünc medalla başa vurub.
 
Aktual.az
Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR