Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb.

Bu barədə Aktual.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində bu gün təsdiq edilib.

Tədbir çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR