Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağıından başlayaraq "Çermet körpüsü"-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində)  üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 2 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
 
Aktual.az 
xəbər verir ki, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Yol bağlı olmayacaq).Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Aktual.az 
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR