Sürücülərin diqqətinə: İki küçədə hərəkət məhdudlaşdırıldı

Sürücülərin diqqətinə: İki küçədə hərəkət məhdudlaşdırıldı

Bu gün Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, səhər saat 11:00-dan başlayaraq Yasamal rayonunda Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılır. Bu səbəbdən hər iki küçədə hərəkət məhdudlaşdırılıb.

Qeyd edək ki, təmir işləri “Azəristiliktəchizat” ASC tərəfindən aparılır.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR