Bu gün Bakı şəhəri Suraxanı rayonu ərazisində gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
Xəbər 180 dəfə oxunub.