Supermarketlərin ƏDV-ni ödəmə üsulları açıqlanıb

Supermarketlərin ƏDV-ni ödəmə üsulları açıqlanıb

Yeni qaydanın tətbiqinə gələn ildən başlanılacaq.

“Pərakəndə ticarət ilə məşğul olan vergi ödəyiciləri ticarət əlavəsindən əlavə dəyər vergisini  (ƏDV) fermerlərdən və sadələşdirilmiş vergi ödəyicilərindən alacaqları məhsullara görə ödəyəcəklər”.

Aktual.az  xəbər verir ki, “Marja”nın məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

“Bu o deməkdir ki, pərakəndə ticarət obyekti məhsulu əlavə dəyər vergisindən azad olan kənd təsərrüfatı məhsulları istehsalçısından və ya ƏDV-ni tətbiq etməyən vergi ödəyicisindən, yəni sadələşdirilmiş vergi ödəyicisindən əldə edəcəksə, ƏDV-ni ticarət əlavəsindən ödəyəcəkdir.
Mövcud qanunvericilikdə pərakəndə ticarətçinin belə ödəyicilərdən alınan məhsula görə ƏDV əvəzləşdirmək hüququ olmur, ƏDV-ni hesablayır. 

Dəyişiklikdən sonra həmin məhsullara nə qədər ticarət əlavəsi qoyacaqsa, həmin ticarət əlavəsindən əlavə dəyər vergisi hesabayıb dövlət büdcəsinə ödəyəcəkd. Təbii ki, burada ayrıca uçot olmalıdır və bu baxımdan vergi ödəyicilərinin üzərinə çox böyük vəzifələr düşür. Həm ƏDV-yə cəlb olunan məhsular, həm də ƏDV güzəşti tətbiq olunan məhsullar üzrə ayrıca uçot aparmalıdırlar. 

Eyni zamanda burada sui-istifadə halları olmaması üçün belə uçotu aparmayan şəxslərdə ƏDV tam həcmdə, yəni ticarət əlavəsindən deyil, məhsulun tam dəyərindən hesablanacaq. Təkliflər layihəsi hazırdır, yəqin ki, gələn ildən bu qaydanın tətbiqinə başlanacaq”, - deyə İ.Vəliyev deyib.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR