Sumqayıtın bu ərazilərində su olmayacaq

Sumqayıtın bu ərazilərində su olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərində su yoxdur.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı şəhər sakinləri verib.
Onların sözlərinə görə, bu gün səhər saatlarından etibarən Sumqayıt şəhərinin Kamran Hüseynov küçəsində içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Su Kanal İdarəsindən redaksiyamıza verilən məlumata görə, içməli suyun verilişinin dayandırılmasına səbəb ərazidən keçən su borusunda baş verən qəza olub:
"Kamran Hüseynov küçəsi ilə Qorki küçəsinin kəsişməsindən keçən su borusunda qəza baş verib. Köhnə borular olduğundan həmin ərazidə tez-tez belə problemlər olur. Artıq borunun müəyyən hissəsi dəyişdirilir. Təmir-bərpa işləri ilə əlaqədar günün ikinci yarısına qədər şəhərin Kamran Əliyev, Qorki küçələrində, 20 və 21-ci məhəllələrində, eləcə də yaxınlıqdakı bir neçə ərazidə su olmayacaq. Günün ikinci yarısından sonra içməli suyun verilişi tədricən bərpa ediləcək”.
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR