Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda yol qəzası olub, xəsarət alanlar var

 Sumqayıtda iki minik avtomobili toqquşub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.
Qəza nəticəsində 1955-ci il təvəllüdlü Məmmədov Əlikərəm Həbib oğlu, onunla eyni avtomobildə olan oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Azər Əlikərəm oğlu və qardaşı oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Əlislam oğlu ağır xəsarətlər alıblar.
Hər 3 yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR