Sumqayıtda avtobus sürücüsü sərnişin tərəfindən bıçaqlandı

Sumqayıtda avtobus sürücüsü sərnişin tərəfindən bıçaqlandı

Sumqayıt şəhərində marşrut avtobusunun sürücüsü döyülüb

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyev idarə etdiyi 9 saylı “İsuzu” markalı avtobusla Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov tərəfindən münaqişə zəminində döyülüb. Sərnişin sürücünü bıçaqlayaraq onun çanaq sümüyünü sındırıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.

Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR