Su kanalının sahilində silah-sursat aşkarlandı

Su kanalının sahilində silah-sursat aşkarlandı

Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinən (paslanmış halda) "AKM-74” markalı silah, "TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
 
Aktual.az
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR