Spiker: "O heç bilmir ki, atası kimdir"

Spiker:

Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib.

Trend-in məlumatına görə, B.Əliyev deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks dağlıq Qarabağa gələrək separatçı rejimin əsgərləri qarşısında çıxış edərək bildirib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”: “Ancaq Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda isə britaniyalı parlamentari tolerantlıqdan danışır. Bu, təhlükəli tendensiyadır”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu barədə bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.

Xəbər 612 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR