Sosial evlər üçün sənəd qəbulu təxirə salındı

Sosial evlər üçün sənəd qəbulu təxirə salındı

"MİDA” MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.

Aktual.az xəbər verir ki, güzəştlə mənzil əldə etmək üçün mayın 1-dən elektron müraciət edə biləcəkləri açıqlansa da, bu qeyri-müəyyən vaxtadək təxirə salınıb.

"MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət” portalında yaradılacaq "Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.

Ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil” sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin aşağıdakı kateqoriyaları üzrə qruplaşdırılıb.

"GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?”

"TƏLƏB OLUNAN SƏNƏDLƏR”

 

 
Aktual.az
Xəbər 663 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR