SOS: Bakı və Abşeronda bəzi ərazilər su altında qala bilər

SOS: Bakı və Abşeronda bəzi ərazilər su altında qala bilər

Bakı və Abşeronun bir neçə yerində qrunt sularının səviyyəsi qalxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, yanvar ayında subasmalar daha çox Binəqədi rayonu ərazisində müşahidə olunub.

O deyib ki, Binəqədi 1-ci mədən yaşayış sahəsi, eyni zamanda Binəqədi qəsəbəsi Məlik Aslanov küçəsində subasma prosesi aktivləşib, ərazilərin qrunt suları ilə basılması müşahidə olunub.
 
Ə.Qaralov qeyd edib ki, Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Şuşa şəhərciyində subasma sahələri, Daş karxanası yaşayış massivi və Qala qəsəbəsində qrunt sularının səviyyəsinin qalxması nəticəsində subasma prosesi aktivləşib. 
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR