Ölkə ərazisinə düşən yanğıntının miqdarı açıqlandı

Ölkə ərazisinə düşən yanğıntının miqdarı açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-sı  gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqda açıqlama verib. Qurumdan Aktual.az-a bildirilib:
"Əvvəlcədən xəbər verildiyi kimi iyunun 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-12, Böyük Qafqazda 4-24, Qazax-Gəncə zonasında 5-11, Kiçik Qafqazda 13-16, Mərkəzi-Aran rayonlarında 1-14, Lənkəran-Astara zonasında 1-11, Naxçıvan MR-da 1-4 mm təşkil edib”.
 
Aktual.az
Xəbər 246 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR