Son 30 ildə kral pinqvinlərinin sayı kəskin şəkildə azalıb

Son 30 ildə kral pinqvinlərinin sayı kəskin şəkildə azalıb
  • DÜNYA

Alimlər son 30 ildə kral pinqvinlərinin sayında kəskin azalma olduğunu bildiriblər.


Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, "Antarctic Science" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Hind okeanının cənubunda Fransaya aid "Cochons" adasında yaşayan dünyanın ən böyük kral pinqvinlərinin sayı 1980-ci illərdən indiyə kimi 88 faiz azalıb.

 

Adada 2015-2017-ci illərdə havadan və peykdən aparılan monitorinqlərdə 60 min pinqvin cütlüyünün mövcudluğu aşkar edilib. 1980-ci illərdə keçirilən başqa bir tədqiqatda isə təxminən 500 min pinqvin cütlüyünə rast gəlindiyi bildirilib.

 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR