Son 3 gündə 23 milyon itirdik - Yuandan növbəti devalvasiya

Son 3 gündə 23 milyon itirdik -   Yuandan növbəti devalvasiya

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çin Mərkəzi Bankının (ÇMB) yuanın növbəti devalvasiyası qərarı nəticəsində daha 5,5 mln. ABŞ dolları itirib. 

Aktual.az "Report"a istinadən xəbər verir ki, ÇMB bu gün milli valyutanı daha 1,1 % devalvasiya edib. Bununla da ARDNF Çin istiqrazlarına 3 mlrd. yuan (500 mln. dollar) həcmində yatırdığı investisiya son üç gündə 23 mln. dollar dəyərdən düşüb.

Qeyd edək ki, ÇMB devalvasiya prosesi çərçivəsində son üç gündə yuanı 4,6% ucuzlaşdırıb. Bank bugünkü açıqlamasında "yuan valyuta bazarlarında özü üçün münasib məzənnə axtarışındadır" deyə bəyan edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın hər an yeni devalvasiyaya məruz qala biləcəyinə işarə edir.

Məlumat üçün bildirək ki, yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədi ilə qəbul olunur.

 
Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR