Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Türkiyənin adını Rusiya və Çin ilə yanaşı çəkməsi və NATO müttəfiqinin potensial təhdid kimi görülməsi Türkiyə tərəfində narazılıq yaradıb.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, Hamburqda tədbirdə çıxış edən Leyen AB-nin genişlənməsinə dəstəyindən danışarkən əlavə edib ki, birlik Avropa qitəsini tamamlamaqda uğur qazanmalıdır ki, o, Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməsin. Bu açıqlamalar Türkiyənin dövlət xəbər agentliyi "Anadolu” tərəfindən işıqlandırılıb.
Bundan sonra AB Komissiyasının baş sözçüsü Paula Pinho açıqlama verərək bildirib ki, Türkiyəyə istinad onun geosiyasi çəkisinin, ölçüsünün və xüsusilə Qərbi Balkanlardakı ambisiyalarının tanınması idi və hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımırdı.
O, Türkiyənin xüsusilə miqrasiya kimi məsələlərdə, həm iqtisadi, həm də siyasi baxımdan region üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, ölkə AB-yə namizəddir və NATO-nun mühüm müttəfiqidir.
Türkiyənin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xəbər 40 dəfə oxunub.