Trampın atəşkəs müddətini uzatmasının heç bir mənası yoxdur. Uduzan tərəf şərtləri müəyyən edə bilməz.
Aktual.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafın müşaviri Mehdi Məhəmmədi X hesabında bildirib.
"Mühasirənin davam etdirilməsinin bombardmandan heç bir fərqi yoxdur və hərbi yolla cavab verilməlidir. Bu arada, Trampın atəşkəsin uzadılması, şübhəsiz ki, gözlənilməz bir zərbə üçün vaxt qazanmaq deməkdir. Artıq İranın təşəbbüs göstərməsinin vaxtıdır” - o əlavə edib.
Xəbər 54 dəfə oxunub.