Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya

Solovyovu efirdən uzaqlaşdırın! - Rusiyada petisiya

Rusiyanın qalmaqallı jurnalisti və teleaparıcısı Vladimir Solovyovun efirlərdən uzaqlaşdırılması tələb olunur.
Aktual.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aparıcı Belqorodun atəşə tutulmasından şikayət edən və kömək istəyən sakinləri təhqir etməkdə günahlandırılır.
Onun təhqirlərindən və yalanlarından cana doyanlar üçün Change.org saytında teleaparıcının kanallardan uzaqlaşdırılması tələbi ilə petisiya yerləşdirilib. Petisiyaya 1600 şəxs imza atıb.
Qeyd edək ki, Solovyov aparıcısı olduğu "Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam” verilişində Belqorod şəhərinin atəşə tutulması ilə bağlı şikayətləri "iyrənc isteriya”, şəhərin müdafiəsiz qalması ilə bağlı danışan blogerleri isə "susun, ey məxluqlar" ifadəsi ilə təhqir edib. Özlərini təhqir olunmuş hesab edən sakinlər aparıcının bu fikirlərinə cavab olaraq onu gülləkeçirməz jiletlə şəhəri gəzməyə dəvət ediblər.
Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR