SOCAR Yunanıstandan DESFA ilə bağlı sərfəli təkliflər gözləyir

SOCAR Yunanıstandan DESFA ilə bağlı sərfəli təkliflər gözləyir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstan hakimiyyətindən DESFA qaz operatorunda səhmlərinin bir hissəsinin əldə olunması ilə əqdlərin uğurlu yekunlaşması üçün kompromis təkliflər gözləyir.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu İzmirdə jurnalistlərə "SOCAR Energy Greece" şirkətinin rəhbəri Anar Məmmədov deyib.

Onun sözlərinə görə, Yunanıstanda qaz tariflərinin hesablanması üzrə yeni qaydalar DESFA-nın gəlirliliyinə mənfi təsir göstərəcək: "Bizim hazırda bu layihəyə marağımız var, lakin kommersiya baxımından da faydalı olmalıdır. Yeni şərtlərlə isə SOCAR özəlləşdirmə məsələsinə bir o qədər hazır olmaya bilər".

A.Məmmədov əlavə edib ki, hazırda SOCAR Yunanıstandan cavab gözləyir: "Əgər onlar prosesin yekunlaşmasında maraqlıdırlarsa, o zaman bunu bizə göstərməlidirlər. Biz məhkəməyə müraciət etmək niyyətində deyilik, lakin ehtimal var ki, konkret olaraq bu layihədən imtina edək. SOCAR əvvəlki şərtlərlə bütün öhdəliklərini yerinə yetirməyə hazırdır. Sentyabrın 30-da tender üzrə zəmanət məktubunun müddəti bitir. Onu uzatmaq sadə prosedurdur, lakin biz hazırda buna əsaslı səbəb görmürük".

O əlavə edib ki, ilkin qiymətləndirməyə əsasən, yeni tariflərlə Yunanıstan şirkəti öz dəyərini 40-50 faiz itirir.

Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR