"SOCAR Polymer" 10 vəzifə üzrə vakansiya elan edib


"SOCAR Polymer" MMC şirkəti bir neçə vəzifə üzrə vakansiyalar elan edib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, "SOCAR Polymer" MMC nəzarət-ölçmə cihazları (NÖC) üzrə mühəndis-konstruktor, İnşaat mühəndisi-memar, SƏTƏM üzrə aparıcı məsləhətçi, Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit məsələləri (HSE) üzrə müşavir, Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə ölçü cihazlarına nəzarətçi, Materialın örtük təqəbə ilə boyanması/izolyasiya edilməsi üzrə inspektor, Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə elektrik qurğularına nəzarətçi, Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə mexaniki avadanlıqlara nəzarətçi (Fırlanan/stabil avadanlıqlar üzrə nəzarətçi), ərazidə tikintinin planlaşdırılması üzrə baş mühəndis, baş mühəndis-texnoloq üzrə mütəxəssislər axtarır.
NÖC mütəxəssisi sahə nəzarət – ölçmə cihazlarının hesablanması və seçilməsi NÖC və boru kəməri diaqramlarının təsviri: NÖC və boru kəməri diaqramları üzrə Sahə nəzarət – ölçmə cihazları ilə əlaqəli problemləri ayırd etmək və digər təkmil biliklərə malik olmalı, yanğın və qaz sisteminin layihəsi və tərkib hissələri, kommunikasiya sistem layihəsi və tərkib hissələri, analizator sistemlərinin və analizator sexlərinin spesifikasiyalarının və layihəsinin işlənib hazırlanmasını bilməlidir.
İnşaat mühəndisi-memar layihə üzrə ümuminşaat işləri və layihələndirmə fəaliyyətləri üzrə, o cümlədən podratçı tərəfindən hazırlanmış cizgilər və sənədlərə baxılması üzrə məsul hesab olunmalıdır. O, Polimer zavodlarının işçi layihələndirmə mərhələsində texniki köməklik və dəstəyi, həmçinin sahə tikinti işlərini təmin etməlidir.
Gündəlik iş zamanı texniki SƏTƏM mühəndisi / layihələndirmə üzrə SƏTƏM mühəndisi SƏTƏM üzrə aparıcı mühəndis olaraq işləyəcək, mühəndislik/ layihələndirmə mərhələsində təyin edilmiş layihələr üzrə texniki layihə təhlükəsizliyi və layihə sənədlərinin razılaşdırılması ilə əlaqədar fəaliyyət üzrə iş həcminin düzgün icra edilməsinə görə məsuliyyət daşıyacaq.
Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit məsələləri (HSE) üzrə müşavir vəzifəsinə sahib şəxs əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit siyasətlərinin, təlimatlarının və prosedurlarının səmərəli şəkildə tətbiq edilməsi ilə bağlı olaraq əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühiti üzrə menecerə və komandaya dəstək olmalıdır və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit məsələləri ilə bağlı tələblərə riayət edildiyindən əmin olmalıdır.
Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə ölçü cihazlarına nəzarətçi vəzifəsini tutacaq şəxs quruda fəaliyyət göstərən obyekt üçün elektrik avadanlıqlarının və cihazların quraşdırılması sistemi barədə xəbərdar olmalıdır və həmçinin, sahədə quraşdırma işləri, montaj, elektrik avadanlıqlarının və cihazların quraşdırılması ilə bağlı Zavodda Qəbul Sınağı/Tikinti Sahəsində Qəbul Sınağı(FAT/SAT), nəzarət sistemləri barədə təcrübəyə malik olmalıdır, mexaniki tamamlama və istismar öncəsi hazırlıq vasitəsilə sistemləri hazırlamağı bacarmalıdır.
Materialın örtük təqəbə ilə boyanması/izolyasiya edilməsi üzrə inspektorun cavabdehliklərinə əməyin mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin qorunması (HSE) məsələləri ilə bağlı liderlik bacarıqlarını nümunələr əsasında nümayiş etdirmək daxildir. O, müqavilədə qeydedilmiş şərtlərə, Beynəlxalq kodekslərə və tənzimləyici uyğunluq tələblərinə (normativlərə) riayət edilməsinə nəzarət edir.
Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə elektrik qurğularına nəzarətçi vəzifəsini tutacaq şəxs quruda fəaliyyət göstərən obyekt üçün elektrik avadanlıqlarının və cihazların quraşdırılması sistemi barədə xəbərdar olmalıdır və həmçinin, sahədə quraşdırma işləri, montaj, elektrik avadanlıqlarının və cihazların quraşdırılması ilə bağlı Zavodda Qəbul Sınağı/Tikinti Sahəsində Qəbul Sınağı (FAT/SAT), nəzarət sistemləri barədə təcrübəyə malik olmalıdır, mexaniki tamamlama və istismar öncəsi hazırlıq vasitəsilə sistemləri hazırlamağı bacarmalıdır.
Keyfiyyətin təminatı/keyfiyyətə nəzarət üzrə mexaniki avadanlıqlara nəzarətçi (Fırlanan/stabil avadanlıqlar üzrə nəzarətçi) vəzifəsinin sahibi mexanizmlərin, mexaniki avadanlıqların, dəzgahların yoxlanılmasına və beləliklə də mexaniki normativlərə və digər növ normativlərə riayət edilməsinə görə cavabdeh olmalıdır. O, tikinti sahəsində mövcud olan mexaniki sistemlərin yoxlanılmasını həyata keçirməli və mexanizmləri təkmilləşdirmək üçün lazım olan yeni tədbirləri tövsiyə etməlidir.
Ərazidə tikintinin planlaşdırılması üzrə baş mühəndisin iri miqyaslı layihəlrədə aparıcı planlaşdırıcı mütəxəssis kimi təcrübəsi olmalıdır. Bu vəzifə layihələrin idarə olunması məsələri üzrə konsultasiya təcrübəsinin olmasını tələb edir.
Baş mühəndis-texnoloq neft, qaz və neft-kimya sənayesi sahələrinə aid layihələrdə işlərin gedişatına və işlərə nəzarətə cavabdeh olmalıdır.
Daha ətraflı məlumatı www.socarpolymer.com saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür.

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR