SOCAR-dan Yunanıstana güzəşt

SOCAR-dan Yunanıstana güzəşt

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətini daha bir ay uzadıb.

Aktual.az  bildirir ki, bu barədə Trend-ə "SOCAR Energy Greece" şirkətinin icraçı direktoru Anar Məmmədov məlumat verib.

Bir neçə ay bundan əvvəl SOCAR zəmanət məktubunun müddətini oktyabrın 31-dək uzatmışdı.

Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan başqa, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR