SOCAR-dan “Trabzonspor” stadionu ilə bağlı – AÇIQLAMA

SOCAR-dan “Trabzonspor” stadionu ilə bağlı   – AÇIQLAMA

Şirkət yayılan məlumatları təkzib edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Aktual.az  xəbər verir ki, bu barədə “Report”a “SOCAR Turkey”dən məlumat verilib.

“SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə, belə bir planı yoxdur”, - “SOCAR Turkey”dən bildirilib.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən “Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.

Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR