Slovak spiker Azərbaycana gəlir

Slovak spiker Azərbaycana gəlir

Slovakiya Milli Şurasının (parlament) sədri Andrey Danko payızda Azərbaycana səfər etməyi planlaşdırır.

Aktual.az bildirir ki, bu barədə report-a eksklüziv müsahibəsində Slovakiya Xarici İşlər Nazirliyinin dövlət katibi Lukaş Parizek deyib.

"Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Aİ-nin yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya müntəzəm səfərləri davam edir. Slovakiyadan olan nümayəndə heyətinə gəlincə, hazırda biz Milli Şuranın sədri Andrey Dankonun 2016-cl ilin payızında Bakıya rəsmi səfəri üzərində işləyirik", - deyə Slovakiya XİN-in dövlət katibi əlavə edib.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR