"Sizlər əbləh, namərd, quldur yığınısız!” – DEPUTATDAN SƏRT SÖZLƏR!


"Əfqan Muxtarlı adında binamus, anti-milli ünsür, alçaq gədə Bundestaqda Azərbaycanın qatı düşməni olan Mark Şvabe ilə görüşür, şəkil çəkdirir və bu haqda məlumatı bəh-bəhlə paylaşır. Ardınca isə "Azadlıq” adında riyakar media qurumu öz feysbuk səhifəsində həmin görüşdən xüsusi bəhs edir və Əfqanın, Şvabenin şəninə gözəl sözlər yazır, təriflər yağdırır. Əbləh yığını! Quldur, namərd, şərəfsiz yığını. Siz nə vətəndaş ola bildiniz, nə adam. Siz nə kişi ola bildiniz, nə siyasətçi! Utanın, yerə girin!”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Nə deyəsən buna? Bu nanəcibləri necə təvsir, necə tövsif edəsən? Bunun adı ümumiyyətlə nədir? İnanın, söz tapmaqda acizəm, çətinlik çəkirəm. Amma düşündüyümü, dilə gələni deyim! Bunun adı kardaşyanlıqdır! Bunun adı tulalıqdır! Bunun adı rəzalətdir! Bunun adı qanıpozuqluqdur!

Bu dövlətin, bu torpağın çörəyi, suyu, havası Əfqanın da haram xoşu olsun, Əli Kərimli, Qənimət Zahid kimi yaramazların da.” - deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 1038 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR