“Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Qüdrət Həsənquliyevlə görüşdü

“Sivil Toplum” Monitorinq Koalisiyasının həmsədrləri Qüdrət Həsənquliyevlə görüşdü

Yanvarın 24-də "Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri – "Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, "Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevlə görüşüblər.

Aktual.az xəbər verir ki, görüşdə Qorxmaz İbrahimli əvvəlcə "Sivil Toplum” Monitorinq Koalisiyası haqqında və fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində həyata keçiriləcək müşahidə missiyası barədə məlumat verib.
Sonra Əhməd Abbasbəyli seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə danışıb, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirib.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev BAXCP-nin bütün seçki məntəqələrində müşahidəçilərinin olduğunu və seçkilərin şəffaf keçirilməsində vətəndaş cəmiyyəti insitutları ilə əməkdaşlığın müsbət əhəmiyyətini qeyd edib və koalisiyanın həmtəsisçilərinə fəaliyyətlərində uğur diləyib.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR