Şirkət rəhbəri və onun anasını qətlə yetirən şəxsin şikayəti təmin olunmadı

Şirkət rəhbəri və onun anasını qətlə yetirən şəxsin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
Aktual.az  APA-ya istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.
 
Qeyd edək ki, R.Allahverdiyev Janna Hənifəyevna Məhərrəmova və onun oğlu, 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovu yaşadıqları evdə mübahisə zəminində qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Allahverdiyev apellyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli cəza ilə əvəz edilməsini istəyib.
 
A.Məhərrəmov “Biznes Dialoq” konsaltinq xidmətləri şirkətinin rəhbəri, “Business-dialogue.az” saytının təsisçisi olub.

Xəbər 571 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR