“Sirkə turşusunun faizi azaldılsın” - İntihar çoxalıb

“Sirkə turşusunun faizi azaldılsın”   - İntihar çoxalıb

“Respublikada toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir. Əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi bu rəqəm 75%-dir. Ona baxmayaraq, yenə də ölüm faizi çoxdur. Hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 xəstə qəbul olunur”.

Aktual.az Lent.az-a istinadən  xəbər verir ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi brifinqdə deyib ki, sirkə turşusunun faizinin azaldılması ilə bağlı 1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilib. Belə müraciətlər dəfələrlə olunub: “Xəstəxanaya qəbul olunan xəstələrin 80-90%-i ağır və kəskin ağır vəziyyətdə gətirilir. İl ərzində 2 mindən çox xəstə toksikoloji mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərmanlardan zəhərlənir”.

A. Maqsudov deyib ki, zəhərlənmələr arasında spirtli içki, narkotik və psixotrop preparatlarla zəhərləmələr də üstünlük təşkil edir: "Buna əsasən cavanlar məruz qalır. Hər axşam 5-6 nəfər spirtli içki qəbul etdiyi üçün təcili yardım vasitəsilə sərxoş halda xəstəxanaya gətirilir. Bu da şöbənin fəaliyyətinə çətinlik yaradır”.

Şöbə müdiri qeyd edib ki, hər il xəstəxananın uşaq şöbəsinə müxtəlif zəhərlənmələrlə əlaqəli 300-320 uşaq daxil olur. Onların 80%-i yandırıcı məhlullar, 10%-i məişətdə istifadə edilən kimyəvi məhsullar , 4-5 %-i isə polivitamin və antibiotik dərman preparatları ilə bağlı olur. Şöbə müdirinin sözlərinə görə, hətta bəzən valideynlər ürək, təzyiq dərmanlarını uşaqların əliçatan yerlərə qoyur və nəticədə bu dərmanların qəbulu zəhərlənməyə səbəb olur. Bundan əlavə, uşaqlar xəstələndikdə onlara təyin olunan dərman preparatlarının dozası artıq verilir və bu da mənfi nəticələnir.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR