Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

 Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.
 
Bu barədə  DGK-dan məlumat verilib.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3 000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR