Sığorta şirkətinin Könüllü Tibbi Sığorta xidmətinin keyfiyyətində artım var

Sığorta şirkətinin Könüllü Tibbi Sığorta xidmətinin keyfiyyətində artım var

"Azərbaycan Sənaye Sığorta” ASC xidmət keyfiyyətinin və müştəri məmnunluğunun yüksəldilməsi istiqamətində mütamadi olaraq ararşdırmalar aparır, ortaya çıxan uyğunsuzluqları aradan qaldıraraq keyfiyyətli xidmət göstərir. Bu xidməti müştərilərə müxtəlif sığorta növləri vasitəsilə təqdim edirik. Şirkətin daha çox üstünlük verdiyi sığorta növlərindən biri də, müştərilərinə altı ildən çox xidmət verdiyi Könüllü Tibbi sığortadır.

Könüllü Tibbi Sığorta – münasib qiymətə tibbi xidmət almaq, diaqnostika və müalicədən istifadə etmək imkanı yaradır, həmçinin tibbi xidmətlər üzrə yarana biləcək gölənilməz xərclərin etibarlı həll üsuludur.

Şirkət hər il olduğu kimi, bu il də tibbi sığorta xidmətindən istifadə edən müştərilərin məmnuniyyət dərəcəsini ölçmək məqsədi ilə anket araşdırması aparmışdır. Təqribi iki ay müddətində aparılan araşdırmanın anket hazırlanması və data analizi müstəqil şirkət tərəfindən həyata keçirilib. Əldə olunan nəticələr göstərir ki, ötən illərlə müqayisədə Tibbi Sığorta xidməti üçün müraciət edən insanların məmnunluğu kifayət qədər yüksəkdir. Məmnunluğun artmasına ən çox təsir edən amil klinika və apteklər şəbəkəsinin genişlənməsi və onlarla sıx əməkdaşlıqdır. Ölkə regionlarında, hətta rayonlarında müasir tələblərə cavab verən Müalicə-Diaqnostika mərkəzləri, klinikalar ilə müqavilələr bağlanılıb. Əvvəlki illərdə bölgələrdəki sığortalılar müalicə və müayinə üçün Bakıya gəlirdilərsə, artıq həmin xəstələr yerli tibb müəssisələrinə  göndərilır. Bəzi klinikalar sığortalılara ildə 3-4 dəfə təminata düşməyən, məsələn dişlərin müasir üsullarla ağardılması, diş daşlarının təmizlənməsi kimi müxtləf kampaniyalar təqdim edir.

Göstərilən xidmət ilk olaraq "Çağrı Mərkəzi”ndən bağlayır. Peşəkar cavab və sığortalının düzgün yönləndirilməsi məmnunliğun ilk addımıdır. Sırf bunun üçün Çağrı Mərkəzinin əməkdaşlarına təlimlər keçerilir, səmimi və peşəkar ünsiyyət qaydaları haqqında məlumat verilir. Çağrı mərkəzinin əməkdaşları gündə 400-dən çox telefon zəngini cavablandırılar.

Təcrübə göstərir ki, bu və buna bənzər araşdırmaların aparılması göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə, narazılıqların aradan qaldırılmasına, müştərilərin istəklərinin həyata keçirilməsinə böyük dəstək olur. Məsələn, ötən il keçirilən anket araşdırmasından sonra müştərilərin istəkləri nəzərə alınaraq, yeni sığorta ili üçün tibbi sığorta, Silver, Gold və Platinium paketdə təqdim edildi.Yəni, nisbətən az əmək haqqı alan və xərclərini büdcəsinə uyğun etmək istəyən müştəri də, maksimum təminatla tibbi sığorta xidmətlərindən yararlanmaq istəyən şəxslər də uyğun sığorta paketini seçə bilirlər. Müştəri ambulator müayinədən, cərrahiyyə əməliyyatına qədər demək olar ki, bütün tibbi xidmətlərdən yararlanma imkanı əldə edə bilir. Bu ilki anket araşdırması göstərir ki, üç sığorta paketinin tətbiqi sığorta olunanların çoxunu razı salıb.

Şirkət əməkdaşları vaxt-aşırı sığortlalılarla görüşür, onların problemlərini dinləyir və həlli yolunda işlər aparır. Sağlam rəqabət, müştəri məmnuniyyətinin hər zaman yüksək səviyyədə saxlanılması, xidmətlərin keyfiyyətinin qorunması və inkişaf şirkətin əsas hədəflərindəndir.

Xəbər 839 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR