Simonyan: “Biz KTMT-ni deyil, KTMT bizi tərk edir”

Simonyan: “Biz KTMT-ni deyil, KTMT bizi tərk edir”

"Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür və bundan narahatıq”.
Aktual.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə noyabrın 24-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.
"Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq gərəkdir. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə, o əlavə edib.
Simonyanın sözlərinə görə, bu gün KTMT-yə üzv olan Ermənistanın "ərazisində” üçüncü dövlətin, Azərbaycanın qoşunları var.
"Təşkilata üzv ölkələr bununla necə barışa bilirlər, anlamıram”, - deyə, Ermənistan parlamentinin spikeri bildirib.(musavat)


Xəbər 862 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR