Koreya Xalq Demokratik Respublikası (KXDR)yeni raket sınağına hazırlaşır.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır.
Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14 raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Raketin ümumi uçuş vaxtı 39 dəqiqə olmuşdu.
Aktual.az
Xəbər 256 dəfə oxunub.