Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə iştirak edəcək

Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.


Aktual.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində 1-ci özünü qiymətləndirmədə NATO nümayəndəsi qismində iştirak, noyabrın 23-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və təlim proqramı çərçivəsində 33-cü qiymətləndirici kursu üzrə işçi görüşü, noyabrın 23-dən dekabrın 2-dək Osterholts-Şarmbek şəhərində (Almaniya Federativ Respublikası) çoxmillətli təməl arxa xidməti kursu, noyabrın 23-dən dekabrın 4-dək Ankara şəhərində (Türkiyə) biliklərin idarə edilməsi və təkmilləşdirilməsi kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR