Silah tutulan məktəbin direktoru danışdı

Silah tutulan məktəbin direktoru danışdı

Paytaxtın Binəqədi rayonunda yerləşən 300 saylı orta məktəbdən çoxlu silah-sursat tapılıb. 

Aktual.az-ın ans press-ə istinadən verilən məlumata görə silahlar təmir işləri zamanı aşkarlanıb. Amma onlar heç bir təhlükəli xarakter daşımır, təlim məqsədi ilə istifadə olunurmuş. Bunu məktəbin direktoru İradə Xəlilova açıqlama verib.

"Məktəb Bakı şəhər icra hakimiyyəti tərəfindən təmir olunur və silahlar məktəbin təmir işi gedən köməkçi korpusundakı otaqlardan birində tapılıb. Amma bu hərbi hazırlıq dərslərində istifadə olunan təlim silahlarıdır. Yəni təhlükəli deyillər. Aşkarlanan silahlar təhlükəli ola bilər deyə hadisə yerinə çağırılan FHN əməkdaşları tərəfindən götürülüb.

Xatırladaq ki, adıçəkilən orta məktəbdə təmir zamanı 7 ədəd əl qumbarası, coxlu sayda güllə və 7 avtomat darağının tapıldığı bildirilmişdi. 

Aktual.az

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR