"Ermənilər işğal dövründə Qarabağ torpaqlarında və vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalıdırlar, 4 minə yaxın əsir, itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidirlər”.
Aktual.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, bu gün azad olunmuş ərazilərimizdə kütləvi məzarlıqlar aşkar olunur, üstü açılmamış cinayətlərin izləri üzə çıxır:
"Azad olunmuş ərazilərimizin ermənilər tərəfindən minalanmış vəziyyətdə olması, yandırılmış torpaq siyasəti kimi müharibə cinayəti törədilməsi səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı yubanır, yüzdən artıq mülki insan minalara düşərək ya həlak olur, ya ömürlük əlil qalır. Təəssüflər olsun ki, bütün bu hadisələrə Erməni Apostol kilsəsi nəinki susur, qınamır, əksinə, revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır. Avropa Parlamenti isə nüfuzlu beynəlxalq qurum olaraq, heç şübhəsiz ki, məhz bu reallıqlara dair öz prinsipial mövqeyini nümayiş etdirməlidir”, – QMİ sədri qeyd edib.
Xəbər 447 dəfə oxunub.