Seyran Ohanyanın maliyyə hesablarına və əmlakına həbs qoyuldu

Seyran Ohanyanın maliyyə hesablarına və əmlakına həbs qoyuldu

Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş müdafiə naziri Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyub.


"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu sanksiya 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı istintaq çərçivəsində tətbiq edilib.

Onun maliyyə vəsaiti ilə yanaşı, əmlakına da həbs qoyulması barədə qərar çıxarılıb. 

Ümumiyyətlə, Seyran Ohanyan konstitusiya qururluşunu devirməkdə ittiham olunur. O, özünü günhakar saymır. 

Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının rəhbərlərindən biri olan S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR