Sevgilisini qısqandı - Qətl törətdi

Sevgilisini qısqandı   - Qətl törətdi

Bakıda qətl törədilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə baş verən evdə Ə. Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə. Qasımov evə gələrkən onu R. Süleymanovla bir yerdə görüb. Nəticədə Ə. Qasımov R. Süleymanovu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR