Sevgilisini bıçaqlayan gəncə HÖKM OXUNDU

Sevgilisini bıçaqlayan gəncə HÖKM OXUNDU

Sevgilisini bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Məzahir Nurəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Miq.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə M.Nurəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən ilin dekabrında Şüvəlan qəsəbəsində baş verib. M.Nurəliyev aralarında yaranmış münaqişə zəminində qeyri-rəsmi münasibətdə olduğu Aygün Kərimovaya bıçaqla xəsarət yetirib. Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib. Zərərçəkmiş A.Kərimova məhkəmə istintaqı zamanı onu bıçaqlayan sevgilisini bağışlayıb.
 
Miq.az
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR