Səudiyyə Ərəbistanının İraqdakı səfirliyinə də hücum oldu - Video

Səudiyyə Ərəbistanının İraqdakı səfirliyinə də hücum oldu   - Video
  • DÜNYA

İraqın paytaxtı Bağdadda Səudiyyə Ərəbistanının səfirliyinə raketlə hücumu edilib. 

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, raketin səfirliyin binasına yaxın ərazidən atıldığı bildirilir. Binadan tüstülər yüksələrkən bir vertolyot səfirliyin binasının ustundə uçmağa başlayıb.

Dünən edam edilən 47 nəfər üçün bu gün İraqdakı şiə liderlər es-Sədr və Sistani tərəfindən sərt etiraz və təhdidlər səslənmişdi. Hücumun şiə təşkilatı "Al-Nujaba" tərəfindən həyata keçirildiyi iddia edilir.

Səudiyyə Ərəbistanı 25 ildir bağlı olan Bağdad səfirliyi bir müddət əvvəl yenidən açılmışdı.

Səudiyyə Ərəbistanı 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Bağdad səfirliyini bağlamışdı. Səfirliyin yenidən açılması ilə iki ölkənin təhlükəsizlik və terror mövzusunda əməkdaşlıq edəcəyi bildirildi. Səudiyyə Ərəbistanının Bağdada təyin edilmiş yeni səfiri Samir əl-Sabhadır.

Aktual.az

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR