Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ

Səudiyyə 15 min Qətər dəvəsini ölkədən qovdu - KURYOZ

Səudiyyə Ərəbistanı maraqlı bir rəsmi qərarla yenə dünya mətbuatının gündəmindədir.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, ölkə Qətərlə ikitərəfli əlaqələrinə son qoyan Səudiyyə bu ölkədən gələn dəvələri də istəmir. Qətər və Səudiyyə Ərəbistanı arasında bütün biznes əlaqələrinə son qoyulub, gediş-gəliş mümkün deyil və indi də Qətər dəvələri ölkədən getməlidir.
 
Bu qərar elan edildikdən sonra minlərlə dəvə az yemək və su ilə Səudiyyənin Qətərlə sərhəd bölgəsində tərk edilib. Hazırda 15 min dəvə ölkədən deportasiya edilir.
 
Qətərdə dəvə təsərrüfatı olan şəxs "Reuters"ə açıqlamasında deyib ki, dəvələr acından ölür: "Mənim qardaşımın hələ də Səudiyyədə 10-15 dəvəsi var. Bizim siyasətlə işimiz yoxdur. İstədiyimiz, yenə Səudiyyə rahat gedib dəvələrimizə baxıb, sonra ailəmizin yanına qayıtmaqdır".
 
Qətər sakinləri aclıqdan əziyyət çəkən dəvələrin fotolarını mətbuatda görəndən sonra dəli olublar. Qətərin səlahiyyətli şəxsləri dəvələr üçün müvəqqəti sığınacaqların təşkili tapşırığını verib.
 
Aktual.az
Xəbər 266 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR